"Qalatasaray"ın yeni transferi Sinqonun bu gecə İstanbula çatması gözlənilir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imza atacaq.
İddia edilir ki, 24 yaşlı oyunçu ilə 4+1 illik müqavilə imzalanacaq.
Xatırladaq ki, ötən mövsüm "Monako"nun heyətində 35 matça çıxan müdafiəçi, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ