"Beşiktaş" 25 yaşlı portuqaliyalı müdafiəçi Tiaqo Djalo ilə müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə açıqlama yayıb.
Açıqlamada bildirilib ki, portuqaliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, ötən mövsümü icarə əsasında "Portu"da keçirən Djalo 17 rəsmi oyuna çıxıb və 2 qol vurub.
Fərid
MİA.AZ