Türkiyənin qəlbi sayılan İstanbulda kriminal dəstələlərə qarşı daha bir uğurlu əməliyyat baş tutub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla 24 şübhəli qandallanıb.
Mlumata gərə, onların 11-i haqqında həbs tədbiri seçilib, 13 nəfər isə ev dustaqlığına buraxılıblar.
Məlumata görə, saxlanılanlar "xərackəsmə", xəracı verməyənlərin iş yerlərini gülləbaran etməkdə, tıhdid, hədə-qorxu, yağmalama, quldurluq, qəsdən yaralama, sənədsiz silah istehsalı və qaçaqmalçılıq kimi cinayətlərdə ittiham olunurlar: "Bağcılar, Arnavutköy, Büyükçekmece, Esenyurt, Üsküdar və Eyüpsultan rayonlarında keçirilən əməliyyatlarda saxlanılan 24 nəfərin üzərində və ev və iş yerlərind aparıklan axtarışlar zamanı 96 ədəd sənədsiz tapança, 1 ədəd uzunlüləli silah, 1 ədəd ov tüfəngi, 689 ədəd tapança mexanizmi, oğurlanmış motosiklet və digər zəruri dəlillər götürülüb".
Firudin Səfərli
MİA.AZ