Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin edilməsi ilə bağlı proses başlayıb.
Mia.az-ın məlumatına əsasən, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper APA-ya bildirib.
Onun sözlərinə görə, ev sahibi olan ölkə (Azərbaycan) tərəfinin rəsmi təsdiqindən sonra Aİ-nın Azərbaycana yeni nümayəndəsinin təyinatı ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Peter Mixalkonun səlahiyyət müddəti başa çatıb.