Bu gün Türkiyənin "Fənərbağça" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində 0-0-lıq ilk oyunun revanşında Portuqaliyada "Benfika"ya qonaq olacaq.
Mia.az xəbər verir ki, TRT 1-də canlı yayımlanacaq qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlayacaq.
Qalib Çempionlar Liqasının mərhələsinə yüksələcək.
Oyunu Sloveniya Futbol Assosiasiyasından Slavko Vinçiç idarə edəcək. Vinçiçə Tomaz Klançnik və Andaz Kovaçiç kömək edəcək.
Yeri gəlmişkən, Slavko Vinçi ötən mövsüm Trendyol Super Liqasında "Qalatasaray" - "Fənərbağça" derbisini də idarə edib.
Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ