"Beşiktaş"ın transfer danışıqları apardığı portuqaliyalı futbolçu Tiaqo Djalo İstanbula gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Təcrübəli futbolçununu hava limanında ağ-qara klubun vitse-prezidenti Hakan Daltaban və klub rəsmiləri qarşılayıb.
Tiaqo Djalo jurnalistlərə açıqlama verib.
O, deyib: "Bura gəldiyim üçün çox xoşbəxtəm. Azarkeşlər rahat olsunlar, mən əlimdən gələni edəcəyəm."
Bildirilib ki, oyunçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalanacaq.
Fərid
MİA.AZ