Ukrayna prezidenti Zelenski Putinlə gözlənilən görüşü haqda maraqlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, görüşün harada keçiriləcəyi barədə mümkün ehtimalları dilə gətirib.
Zelenski sadaladığı ölkələr arasında Türkiyənin adını başda çəkib: “Bu həftə Türkiyə ilə, Körfəz ölkələri görüşlər olacaq. Eyni zamanda, ruslarla görüş keçirə biləcək Avropa ölkələri ilə təmaslar olacaq. Biz müharibənin dayandırılması üçün istənilən təkliflərə hazırıq"
Firudin Səfərli
MİA.AZ