Superliqanın 3-cü həftəsində öz meydanında  "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edən "Eyüpspor" liqada ilk xalını qazanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  "Eyüpspor"un qollarını 1-ci dəqiqədə Şeşlar, 68-ci dəqiqədə isə Ampem vurub.

"Alanyaspor"un yeganə qolunu 67-ci dəqiqədə penaltidən Hadergjonaj vurub.

Bu nəticə ilə "Eyüpspor"un xal toplamı 3-ə qalxıb, "Alanyaspor" isə 1 xalda qalıb.

Fərid

MİA.AZ