"Beşiktaş" sağ cinah müdafiəçisi transferi üçün "Maynts"ın futbolçusu Antoni Caciyi siyahıya əlavə edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş"ın futbolçu üçün "Maynts"a 6 milyon avro təklif etdiyi bildirilir.
Xatırladaq ki, ötən mövsüm "Maynts"ın heyətində 35 matçda çıxış edən 28 yaşlı sağ cinah müdafiəçisi 1 qol vurub, 7 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ