"Beşiktaş"ın icarə transferi üçün danışıqlara başladığını açıqladığı malili futbolçu El Bilal Ture İstanbula gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliyadan təyyarə ilə İstanbul hava limanına gələn 23 yaşlı futbolçunu klub rəsmiləri və bir qrup azarkeş qarşılayıb.
El Bilal Ture sonuncu dəfə icarə əsasında "Ştutqart"da çıxış edib.
Xatırladaq ki, gənc futbolçu karyerasında 126 oyuna çıxıb, 24 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ