Bu gün Türkiyə Superliqasının üçüncü turunda "Qalatasaray" səfərdə "Kayserispor"la qarşılaşıb.
Mia.az xəbər verir ki, "Aslanlar" səfərdən 4:0-lıq mütləq qalibiyyətlə geri dönərək turnir cədvəlindəki liderlik mövqeyini qoruyub.
Xatırladaq ki, "Qalatasaray"ın qollarını 36-da Elmalı, 46-da yenə Elmalı, 86-da Osimhen və 90+3-cü dəqiqədə isə Sani vurub.
Fərid
MİA.AZ