İtaliyanın "Bolonya" klubu Fransanın "Olimpik Marsel" klubundan Conatan Rounu transfer edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Bolonya" klubu 22 yaşlı cinah hücumçusu ilə iki illik müqavilə imzalayıb.
İtaliya təmsilçisi bu transferə görə "Olimpik Marsel"ə 19.5 milyon avro ödəyib.
Xatırladaq ki, gənc futbolçu "Marsel"də 31 oyun keçirib və 3 qol vurub.
Fərid
MİA.AZ