"Tottenhem" "Mançester Siti"nin cinah hücumçusu Savinyonu heyətinə qatmaq üçün "çabalayır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Tottenhem" klubu "Mançester Siti"yə 70 milyon avro təklif edib lakin, müsbət cavab ala bilməyib.
Bildirilib ki, "Mançester Siti" ən az 80 milyon avro istəyir.
Xatırladaq ki, Savinyo ötən mövsüm "Siti"nin heyətində 48 matça çıxıb 3 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid
MİA.AZ