İngiltərə Premyer Liqa təmsilçisi "Arsenal" "Kristal Pelas"ın futbolçusu Ebereçi Ezeni heyətinə qatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Arsenal" klubu bu barədə açıqlama verib.
Açıqlamada deyilir ki, oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Transferin 67.5 milyon funt sterlinqə başa gəldiyi bildirilib.
Xatırladaq ki, Eze "Arsenal"da 10 nömrəli formanı geyinəcək.
Fərid
MİA