"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurasınn tərkibi dəyişib.
Mia.az xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Şuranın sədri təyin olunub.
AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş hüquq inzibatçısı Toğrul Quluzadə isə Şuranın üzvləri seçiliblər.