Türkiyə İsrail bayraqlı və ya İsrailə məxsus gəmilərin Türkiyəyə gəlişinə və Türkiyə bayrağı altında üzən gəmilərin İsrailə gedişinə tam məhdudiyyət qoyub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə bütün limanlara xəbərdarlıq göndərilib.
Qərara əsasən, İsrailə gedən və ya gedəcək xarici gəmilər üçün yeni prosedur tətbiq olunacaq: "Bundna sonra limana daxil olan gəmilərdən İsrailə hərbi yük daşımadıqlarını və gəmi operatorunun İsraillə heç bir əlaqəsi olmadığını bildirən rəsmi sənəd tələb olunacaq".
Türkiyə mediası yazır ki, Ankara bu qərarı İsrailin dünəndən Qəzzann ilhaqı ilə bağlı rüal addımlar atmasına görə verib.
Samir MUSAYEV
MİA.AZ