Türkiyəli müğənni Hadisə növbəti qalmaqala imza atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur müğənni ameriaklı repçi Niki Minajın başlatdığı trendə uyğun geyinərək foto paylaşıb.

Lakin onun  ayağının altında təspeh və xurma kimi dini simvollarla poza verməsi, üstəlik bir əlində şampan, digərində qədəh tutması dini kütlə tərəfindən qəzəblə qarşılanb.

Türkiyə mediası yazır ki, artıq dindarlar sosial mediada #Hadisehaddinibil həştəqi etiraz kampaniyasına başlayıblar.

Müğənni hələki qəzəbli kütləyə cavab verməyib. Foto isə səhifəsində qalır...

Ləman
MİA.AZ