Türkiyənn turizm bölgəsi Muğlanın Milas rayonunda faciə baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, içərisində 8 nəfərin olduğu fiberglas qayıq batıb.
Məlumata görə, batan qayıqda olan 8 nəfərdən 6-sı xials olunub, iki uşaq isı boğularaq itkin düşüblər.
Xəbərdə deyilir ki, 6 nəfər üzərək sahilə çıxıblar. Əraziyə sonradan gələn xilasedicilər isə batan uşaqlaırn cəsədini axtarmağa başlayıb.
Muğla valisi İdris Akbıyık qayığın batma səbəbinin araşdırıldığını deyib: "İtkin düşən iki uşağın axtarışına üç Sahil Mühafizə gəmisi, bir helikopter, iki dalğıc qrupu, üç dalğıc personalı, bir İHA cəlb olunub"
Lamiyə Əhmədli
MİA.AZ