Bu gün Türkiyədə yenə zəlzələ olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə Bakı vaxtilə gecə saat 02.24-də Tokatda 4 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, zəlzələnin episentri Sulusaray rayonuna təsadüf edib, dağıntı və insan tələfatı yoxdur.
Xatırladaq ki, ötən gecə bundan əvvəl İstanbulda da 3.6 bal gücündə zəlzələ olmuşdu.
Lamiyə Əhmədli
MİA.AZ