Hindistan və Çin arasında yeni razılaşmalar əldə olunub.
Mia.az xarici mətbuiata istinadla xəbər verir ki, bu barədə CİN XİN məlumat yayıb.
Məlumatda deyilir ki. Çinin xarici işlər naziri Vanq Yi və onun hindistanlı həmkarı Subrahmanyam Caişankar 5 illik fasilədən sonra iki ölkə arasında birbaşa uçuşların və sərhəd ticarətinin yenidən açılmasına dair razılığa gəliblər.
ÇİN XİN-in yaydığı bəyanata görə, qonşu ölkə ilə birgə əməkdaşlıq yolunda bu anlaşma ümhüm rola sahib olacaq.
Xatırladaq ki, iki ölkə arasında tez-tez sərhəd əraizləri ilə bağlı mübahisələr olur. İki ölkə arasında 2020-ci ildə Himalay dağlarında mübahisəli sərhədlə bağlı silahlı toqquşma olub və bundan sonra sərhəd ticarəti ilə yanaşı, birbaşa uşuşlar da dayanmıışdı.
Firudin Səfərli
MİA.AZ