"Fənərbağça"nın portuqaliyalı futbolçusu Nelson Semedo "Benfika" matçından əvvəl jurnalistlərə müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamarında bu sözləri deyib:

"3 həftədir ki, buradayam və komanda yoldaşlarım güclü oyunçulardır. Baş məşqçimiz də güclüdür. Bunu deməyə də ehtiyacım yoxdur. Çempionlar Liqasına vəsiqə qazanmaq haqqımızdır. Azarkeşlərimiz buna layiqdir. Buna görə də buradayam. Bizim tələblərimiz çox yüksəkdir."

Fərid

MİA.AZ