"Fənərbağça" malili 22 yaşlı futbolçu Dorgeles Nene ilə müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Açıqlamada deyilir:
"Klubumuz Malili futbolçu Dorgeles Nenenin transferi üçün Avstriyanın "Zalsburq" klubu ilə razılığa gəlib. 22 yaşlı cinah oyuçusu ilə 5 illik müqavilə imzalanıb. Dorgeles Neneni salamlayır, "Fənərbağça"da qələbələr və çempionluqlar arzulayırıq."
Fərid
MİA.AZ