"Qalatasaray"ın 26 yaşlı sol cinah müdafiəçisi Derrik Köhn Almaniya Bundesliqa komandası "Union Berlin"lə müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" oyunçunu bonuslar da daxil 4.5 milyon avroya "Union Berlin"ə satıb.
Xatırladaq ki, 2023-2024 mövsümünün ortasında transfer olduğu "Qalatasaray"da 19 matçda forma geyinən 26 yaşlı Köhn 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid
MİA.AZ