Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda "Ferentsvaroş"la qarşılaşıb.

Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 23.00-da başlayan oyunun 29-cu dəqiqəsində komandamız qol buraxıb - 1:0.

İlk hissə bu hesabla başa çatıb.

50-ci dəqiqədə Yanukoviş hesaba tarazlıq gətirib - 1:1

66-cı dəqiqədə "Qarabağ" hesabda önə çıxıb - 1:2

84-cü dəqiqqədə Baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı 3-cü qolu rəqib qapısından keçirib - 1:3

Oyun bu hesabla başa çatıb.

Beləliklə, komandamız avqustn 27-dək cavab oyununa üstün hesabla çıxacaq. 

Fərid

MİA.AZ