İranda quraqlıq təhlükəsi və içməli su problemi günü gündən böyüyür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Su Ehtiyatları İdarəetmə Şirkəti xüsusi açıqlama yayıb.

Açıqlamda deyilir ki, Xorasan vilayətinin şimal-şərqindəki Torok barajında (nəhəng içməli su gölü) suyun səviyyəsi 6 faiz, Dosti barajında 5 faiz, şimaldakı Gülüstan əyalətinin Vuşmgir rayonunda 0 faiz, Mazandaran vilayətinin Lar rayonunda 5 faiz, Gilanda Sefidrud rayonunda 4 faiz, Hörmüzqan əyalətində suyun səviyyəsi Şamil barajında 0, İstiqlalda 3 faiz, Fars vilayətində Rudbalda 0, Kirman əyalətinin Nesa rayonunda suyun səviyyəsi 8 faiz, Tenguiyehdə 7 faiz, Mərkəzi vilayətin Ponzdeh Xurdad bölgəsində 8 faiz, Savehdə isə 7 faiz həddinə qədər enib.

Məlumatda deyilir ki, bu, istər-isməz içməki su veilişini ciddi formada məhdudlaşdırmağı qaçılmaz edib.

Şirkət əhaliyə xəbərdarlıq edib ki, əgər suya ciddi qəanət edilməsə, qeyd edilə bölgələrdə quraqlıq sentyabrın 10-na kimi daha ağır forma alacaq.

İran mediası paytaxt Tehranın da oktyabradək su ehtiyatının qaldığını yazır: "Əgər bu tarixə qədər güclü yağışlar olmasa, paytaxt daha stresli halla üzləşəcək".

Lamiyə Əhmədli
MİA.AZ