Bu gün ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski Ağ Evdə görüşüblər.

Mia.az xəbər verir ki, görüşdə Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskada müzakirəsindən söz açıb.

O, "biz bu müharibıni bitirməliyik. Bu, lzımdır. Rusiyanı dayandırmağımız lazımdır", - deyib.

Zelenski isə sülhün bərqərar olması və hətta Ukraynada prezident seçkiləri üçün atəşkəsi mütləq sayıb. O, Trampa sülh üçün göstərdiyi səylərə görə minnətdarlıq edib.

Ukrayna lideri üçlü görüşə - Tramp, Putin və özünün birgə müzakirəyə hazır olduğunu dilə gətirib. 

Amerikalı jurnalistlərdən birinin Trampa "Ukrayna xalqına nə deyərdiniz" sualına o, "biz onları sevirik, rus xalqını da sevirik. Biz bu savaşı bitirmək isyərik. Bu görüşdən sonra Putinlə də telefonda danışacağam..." cavabını verib.

Onu da bildirək ki, görüşdə Dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff, Ukrayna heyətinə isə Prezident Aparatının rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov daxildir.

Samir MUSAYEV

Mia.az