Ağdam rayonunun Xındırıstan kəndi ərazisində avqust ayının 18-də yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, araşdırmalarla yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub. S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.