İngiltərə Premyer Liqa komandası "Sanderlend" "PSJ" klubundan Nordi Mukiele ilə müqavilə imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Sanderlend" 27 yaşlı fransız futbolçu ilə 4 illik müqavilə imzalandığını açıqlayıb.
Transferin 12 milyon avroya başa çatdığı iddia edilir.
Ötən mövsüm icarə əsasında "Bayer Leverkuzen"də çıxış edən fransalı sağ cinah müdafiəçisi 24 oyunda 2 qol vurub.
Fərid
MİA.AZ