Suriya ordusuna inteqrasiyası gözlənilən və özünü Suriya Demokrati Qüvvələrinin (əslində, PKK/YPG) üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməməsi ölkdə yeni müharibə ab-havası yaradıb.

Mia.az xarici mətbuiata istinadla xəbər verir ki, bir neçə gün əvvəl Suriya prezidenti ölkənin nüfuzlu şəsləri ilə görüşdə YPG qüvvələrinə qarşı əməliyyat siqnalı verib. O, kürd qrupların inteqrasiyanı bəhanələrlə uzatmasını və faktiki davranışlarının artıq səbr kasasını doldurduğunu gizlətməyib.

Məlumata görə, bu anonsun mürəkkəbi qurumamış hökumətin istəyi ilə Müdafiə Nazirliyi əməliyyat hazırlığəna strat verib: "Ordu artıq YPG-nin nəzaərtində olan bölgəyə doğru əlavə 50 min canlı qüvvə və texnika yönləndirməyə başlayıb. Bununla belə, terror təşkilatına qarşı çıxan ərəb qəbilələri də əməliyyata dəstək verəcək. Onlıar silahlı dəstələlərini hökumətin sərəncamına verməyə ahzır olduqlaırnıd eyərək, bölgəyə yön alıblar"

Məlumata əsasən, hazırda Rakka və Deyr əz-Zor ətrafına 60 mindən çox hərbçi cəmlənib: "Müharibə hər an alovlana bilər".

Xatırladaq ki, bu ilin martın 10-da Suriyada Əsədin devrilməsindən sonra qurulan müvəqqəti hökumət ilə PKK terror təşkilatının uzantısı olan YPG arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən,  silahlı ünsürlər Suriya ordusuna inteqrasiya olunmalı idi. Lakin bu günədək terror təşkilatı nəinki razılaşmanın şərtlərinə əməl etməyib, həm də ara-sıra hökumət qüvvələrinə hücumlar edib.

Tahir Şəlvəli
MİA.AZ