Ötən gecə Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi PUA ilə vurulub.
Mia.az Ukrayna mediasdına istinadla bildirir ki, Rusiya ordusu avqustun 18-də 25-dən çox PUA ilə Odessaya hücum edib.
Məlumata görə, İran istehsallı "Şahed" zərbə PUA-larından biri şəhərdəki SOCAR-ın işlək yanacaqdoldurma məntəqəsinə zərbə endirib.
Xəbərdə obyektə böyük zərrə dəydiyi qeyd olunub.
Xatırladaq ki, Rusiya bundan əvvəlUkraynada Azərbaycan qazının ötürüldüyü paylayıcı stansiyanı vurmuşdu.
***
ABŞ-da səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski SOCAR-ın "zapravka"snın vurulmasının məqsədli olduğunu deyib.
Mia.az xəbər verir ki, Zelenski Rusiyanın bununla Ukrayna ilə Azərbaycan mütəfiqliyini hədəf aldığını bildirib.
Samir MUSAYEV
MİA.AZ