Avqustun 16-da saat 4 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, münaqişə zəminində cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

Cəlilabadda 62 yaşlı qadın öldürülüb.

Mia.az xəbər verir ki, rayonun Alar kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovanı qaynı Təhmasib Tərxan oğlu Əliyev qətlə yetirib.

Məlumata görə, o, hadisədən sonra qaçıb gizlənib. Hazırda onun tutulması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.