Alyaskaya Putin-Tramp görüşü üçün üzərində SSRİ yazılmış köynəklə yollanan Rusiya xarici işlər naziri Sergey Lavrov orada qısa açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, jurnalistlərdən birinin "görüşdən nə gözləyirsiniz" sualına nazir belə cavab verib: "Biz Trampla görüşün nəticəsini proqnozlaşdırmırıq. Lakin deyə bilərəm ki, Trampın danışıqların uğursuzluq ehtimalı 25 faizdir. 75 faiz ümidliyik. Biz arqumentlərimizin aydın və anlaşılan olduğunu bilirik. Bunu görüşdə də təkrarlayacğıq"

Lavrov ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun Moskvaya səfəri zamanı çox iş görüldüyünü də xüsusi vurğulayıb: "Ümid edirəm ki, bu faydalı söhbəti Putin-Tramp görüşündə davam etdiriləcək"

Samir MUSAYEV
MİA.AZ