İsrail İranı yeni hücumla hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə təhdidi İsrailin Baş Qərargah rəisi Eyal Zamir səsləndiirb.
“Yedioth Ahronot” qəzeti yazır ki, Baş Qərargah rəisi Zamir Təl-Əvivdəki Qlilot Hava Bazasında keçirilən hərbi mərasimdə çıxış edərək, İranın ölkəsinə qarşı yeni fəaliyyətini qəbuledilməz sayıb və "gərəkirsə, xəbərdarlıq etmədən İrana yenidən hücum etməyə hazırıq" xəbərdarlığını edib.
Qəzet Baş Qərargah rəisinin İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricaninin Beyruta səfəri zamanı İsraili “yırtıcıya heyvan" adlandırmasından bir gün sonraya təsadüf etməsini vurğulayıb və əlavə edib ki, İsrail İranın hər hansı bir "şıltaqlığı"na dözmək niyyətində deyil.
Xatırladaq ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Laricani Beyrutda Livan rəsmiləri ilə görüşdə İsrailin bölgədki fəaliyyətini qəbuledilməz sayıb. O, "Bu gün İsrail yırtıcı heyvana çevrilib və məhz Hizbullah bu yırtıcıya qarşı dayanır", - deyib.
Tahir Şəlvəli
MİA.AZ