Türkiyə Super Liqasının üçüncü həftəsində 3 oyun təxirə salınıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, TÜMOSAN Konyaspor - Beşiktaş, Çaykur Rizəspor-RAMS Başakşehir və Samsunspor-Kasımpaşa matçları təxirə salınıb.

Məlumatda deyilir ki, belə qərar verilməsinin səbəbi adıçəkilən komandaların UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparmalarıdır.

Fərid
MİA.AZ