"Əgər prezident Vladimir Putin cümə günü Alyaskada keçiriləcək görüşdə müharibəni dayandırmağa razılıq verməsə, o zaman Rusiya üçün bunun çox ağır nəticələri olacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Kennedi Mərkəzində keçirilən tədbirdəki çıxışından sonra jurnalistlərə açıqlamasında deyib.

Tramp bildirib ki, o, bu gün (dünən - mia.az) Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə Putinlə görüşü barədə onlayn müzakirə aparıb: "Müzakirəmiz çox məhsuldar keçdi. Ümid edirəmki, Putinlə görüşdən sonra onunla Zelenskinin buir araya gəlməsini təmin edəcəyik. əər ehtiyac duyularsa, o görüşə də qatılaram".

"Əgər Putin Alyaskadakı görüşdə müharibəni dayandırmağa, yəni, atəşkəsə razı olmasa, sanksiyalar tətbiq edəcəksinizmi?" sualına Tramp belə cavab verib: "Bəli. Bu sanksiyaların nə olacağını indi deməyəcəyəm, lakin onların Rusiya üçün çox ciddi nəticələri olacaq"

Firudin Səfərli
MİA.AZ