Türkiyə ilə Suriya arasında bu gün yeni sənəd imzalanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Yaşar Gülər Suriyanın müdafiə naziri Murhef Əbu Qəsrə, xarici işlər naziri Əsəd Həsən Şeybani və Baş Kəşfiyyat İdarəsinin direktoru Hüseyn əl-Salama ilə görüşüb.
Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub. Daha sonra isə Yaşar Gülər və Suriya Müdafiə naziri Murhef Əbu Qəsra Birgə Təlim və Məsləhətləşmə üzrə Anlaşma Memorandumu imzalayıblar.
Samir Musayev
MİA.AZ