Ötən gün 6.1 bal gücündə zəlzələnin baş verdiyi Türkiyənin Balıkəsir şəhərində bu gün təkrar zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtilə saat 22:40-da Balıkəsirdə Sındırgı rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin 10,97 kilometr dərinlikdə meydana gəlib. Ölən və yaralanan, o cümlədən dağıntı olmayıb.

Samir Musayev
MİA.AZ