İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana səfər edəcək.

Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Səfər çərçivəsində avqustun 19-da İrəvanda İran sənayesi, yol tikintisi, kənd təsərrüfatı, təchizat, əczaçılıq, mühəndislik xidmətləri və yüngül sənaye nümayəndələrinin iştirakı ilə biznes forum keçiriləcək.

Səfər avqustun 21-dək davam edəcək./Report