Bu gün Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, telefon danışığında liderlər Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər ətrafında geniş müzakirə aparıblar.
Prezident Ərdoğan İstanbulda keçirilən Ukrayna-Rusiya danışıqlarında əldə edilən irəliləyişdən söz açıb və sülhə gedən yolda növbəti görüşlərin atəşkəslə bağlı olacağına inandığını bildirib.
O, həmçinin bildirib ki, Türkiyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir
Samir Musayev
MİA.AZ