Rusiya ordusu bu gün Ukraynaya 4 ballistik raket və 48 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Ukrayna Müdafiə Nazirliyi açıqlayıb.
Açıqlamaya əsasən, PUA-lardan 36-ı, raketlərdən isə biri havada zərərsizləşdirilib: "3 raket və 12 PUA isə 7 fərqli nöqtədə hədəfə dəyib".
Məlumatda deyilir ki, Rusiyanın əsas hədəfi hərbi təlim bazalarından biri olub: "Bura endirilən zərbələr nəticəsində bir nəfər həlak olub, 11 nəfər isı yaralanıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ