Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, telefon danışığında Ermənistan və Azərbaycan arasında ABŞ-da paraflanmış sülh danışıqları müzakirə olunub.

Məlumata görə, Ərdoğan Ermənistanın baş naziri Paşinyanı Azərbaycanla əldə olunan razılaşmaya görə təbrik edib.

O, daha sonra anlaşmanın regional sülh üçün dəyərli olduğunu və bunun artıq konkret addımlara çevrilməsini gərəkli sayıb. 

Türkiyə lideri Ermənistan arasında normallaşma prosesinin daha da intesib hal alması üçün səyləriin artırılamsını vacib sayıb.

Lamiyə Əhmədli
MİA.AZ