2024-2025 mövsümündə "Fənərbağça Basketbol" klubuna keçən Khem Birç ilə müqavilə müddəti uzadılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunçu ilə dahabir il müddətinə müqavilə yenilənib.
Xatırladaq ki, Khem Birç 2024-25 mövsümü ərzində Avroliqada 36 oyununda iştirak edib, orta hesabla 5,4 xal, 4,7 ribaund, 0,7 blok və 8,0 nəticə göstərib.
Basketbol Super Liqasında kanadalı 28 oyunda orta hesabla 5,9 xal, 4,1 ribaund, 0,6 blok və 9,4 nəticə göstərib.
Fərid
MİA.AZ