Azərbaycan Prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasında dəniz gəmiçiliyinin inkişafı sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Göyüş oğlu Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.