"Qalatasaray" Alvaro Moratanın müqaviləsinə xitam verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama verib.
Açıqlamada bildirilib ki, futbolçu Alvaro Morata "Milan"la anlaşdığı üçün belə qərar qəbul olunub: "Xitam olunan müqaviləyə əsasən, "Milan" klubumuza 5 milyon avro məbləğində transfer haqqı ödəyəcək. Bundan əlavə, oyunçu 651,562 avroluq maaşından imtina edib".
Fərid
MİA.AZ