“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi tanınmış aktrisa Mehriban Zəkiyə 4 000 AZN ödəyəcək.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bu ödəniş Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvü olaraq təqdim olunmuş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi, iqtisadi göstəricilərin dəyərləndirilməsi xidmətinə görədir.

Agentlik və M.Zəki arasında müqavilə bağlanıb.