"Xarici ticarətdə rekordlar qırdıq. Milli gəlirimiz ilk dəfə 1 trilyon dolları keçərək 1 trilyon 371 trilyon dollara çatıb".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, bu prosesdə ölkənin sabiq prezidenti Turqut Özalın təməlini qoyduğu siyasətin də mühüm rolu var: "Onu burada xüsusi olaraq yad edirəm. O, çox fərqli bir prezident idi. O, bütün maneələrə baxmayaraq, Türkiyə üçün yeni üfüqlər açan və dövründən kənarda xidmət edən bir siyasətçi və dövlət xadimi idi..."
Ərdoğan deyib ki, o vaxtdan üzərlərinə götürdükləri məsuliyyət var: "Çox şükür, sizinlə birlikdə Türkiyənin istehsal gücünü gücləndirdik. Biz iş adamlarımıza və investorlarımıza dünyanın harasında olurlarsa olsunlar, Türkiyə Respublikasının onların arxasında olduğunu çox güclü hiss etdirdik. Davam edən münaqişələrin yaratdığı narahatlığın fərqindəyik. Biz geosiyasi riskləri də çox aydın başa düşürük. Bizim iş dünyamız bu fırtınalı dənizlərdə naviqasiya etməyə çalışır. Şirkətlərimiz, xüsusən də ixracatçılarımız yeni bazarlar yaradaraq bu ağrılı prosesində böyük işlər görürlər. Biz potensial imkanları nəzərə alaraq ölkəmizi qlobal sistemdə ən yaxşı mövqedə yerləşdirməyə çalışırıq. Biz insan həyatını və ləyaqətini üstün tutan, ölkəmizi gərginlikdən xilas edən siyasət yürüdürük. Biz nə zülm qarşısında susmuruq, nə də avantüra arxasınca qaçırıq, nə utancaq davranırıq, nə də müxalifətin təxribatlarına boyun əymirik".
Lamiyə Əhmədli
MİA.AZ