Türkiyənin daha bir bölgəsində güclü meşə yanğını başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çanaqqalanın Sarıcaeli kəndində əkin sahəsində başlayan yanğın güclü külək səbəbindən meşəlik əraziyə keçib. 

Məlumata görə, küləyin sürətinə adekvat yayılanyanğın artıq Mehmet Akif Ersoy Çanaqqala Dövlət Xəstəxanasına yaxınlaşıb: "Bu səbəbdən artıq Çanaqqala boğazı nəqliyyata bağlanıb. Hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Onsekiz Mart Universiteti şəhərciyi ilə adıçəkilən xəstəxana boşaldılıb. Bəzi yaşayış massivlərindəki əhali təxliyə olunub".

Məlumatda deyilir ki, yanöına hava və qurudan müdaxilələrə abxmayaraq, nəzarətə almaq mümkün olmayıb.

Lamiyə Əhmədli
MİA.AZ