ABŞ Venesuela prezidenti Nikolas Maduronun narkobaronluqda ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət və Ədliyyə Departamentləri birgə məlumat yayıb.

Məlumatda Venesuela prezidenti Nikolas Maduronun tutulmasına kömək edən "əlverşli məlumat"ı verən şəxsə 50 milyon dollar mükafat veriləcəyi qeyd edilib: "O, beynəlxalq narkotik ticarətində mühüm rol oynayan “Cartel de los Soles” təşkilatının lideridir, cəzasız qala bilməz. Maduro tutulmalı və mühakimə edilməldiir. Onun tutulmasına yardımedəcək informasi üçün nəzərdə tutulan mükafat isə 25 milyon dollardan 50 milyon dollara qaldırılır"

Bəyanatda 2020-ci ildən Maduronun Venesuelada demokratiyanı boğmasıvə hakimiyyətini saxlamaq üçün qeyri-qanuni yollara əl atmasından da bəhs edilib.

Bu arada ABŞ dövlət katibi Marko Rubio da Maduronu "diktator" adlandırıb: "Diktator Nikolas Maduronun tutulmasına görə mükafatı 50 milyon dollara qədər artırılıb. Maduro Venesuelanı ələ keçirmiş qəddar narkotik-terror təşkilatı olan Cartel de los Soles-in rəhbəridir. Maduro mütləq məsuliyyətə cəlb edilməlidir!"

Firudin Səfərli
MİA.AZ