İsrailin Qəzza zolağında əməliyyatları genişləndirmək və zolağı tamamilə ələ keçirmək planını dünən təsdiqləməsindən sonra Almaniya bu ölkəyə silah ixracının dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Almaniya kansleri Fridrix Merz açıqlama verib.

O, İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək hüququna malik olduğunu təkrarlamaqla yanaşı, girovlarınazad olunmasını və atəşkəsin Berlinin əsas prioritet olduğunu bildirib: "Əlbəttə, HƏMAS-ın tərksilah olması, gələcəkdə Qəzzada heç bir rol oynamaması mühümdür. Lakin İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatlarını gücləndirmək barədə dünən gecə İsrail Nazirlər Kabinetinin verdiyi qərar Almaniya hökumətində fərqli təsəvvür yaradır. Bu şəraitdə Almaniya Qəzzada istifadə olunacaq silahların ixracını dayandırmaq məcburiyyətindədir. Almaniya hökuməti Qəzza zolağında dinc əhalinin əzabından dərin narahatdır. İsrail hökuməti BMT və digər vətəndaş cəmiyyəti təşkilatları da daxil olmaqla yardım təchizatı üçün hərtərəfli dəhlizi açmalıdır. Qəzzada humanitar fəlakətə sonverilməlidir. Bundan əlavə, Almaniya hökuməti İsrail hökumətindən İordan çayının qərb sahilinin ilhaqı istiqamətində də heç bir addım atmamasını tələb edir"

Zülfiyyə Mustafayeva
MİA.AZ