Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib.
Mia.az xəbər verir ki, bu barədə Nazirlik sosial media hesabında mesaj paylaşıb.
Paylaşımda daha sonra deyilir: "Azərbaycan Gürcüstan ilə yaxın tərəfdaşlıq və qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir".
Xatırladaq ki, 2008-ci il avqustun 8-də Rusiya ordusu Gürcüstanın bir hissəsini işğal edib.